Kremlə yaxınlığı ilə bilinən media mənsubu Nikol Paşinyana od püskürüb Kremlə yaxınlığı ilə bilinən media mənsubu Nikol Paşinyana od püskürüb

Solovyovdan Nikol Paşinyana: “Heyf ki, efirdə ana söyüşü söyə bilmirəm”

Kremlə yaxınlığı ilə bilinən media mənsubu Nikol Paşinyana od püskürüb

Ermənistan baş naziri Nikol Paşinyanın Rusiya silah sənayesinin çox öyündüyü, fəxr etdiyi “İsgəndər” raketləri ilə bağlı “partlamayıb” sözləri ən çox rusları “partladıb”.

Rusiyanın tanınmış fikir adamları indi müttəfiq ölkənin hökumət başçısının üstünə düşüblər. Bunlardan biri də tanınmış jurnalist Vladimir Solovyovdur.

Kremlə yaxınlığı ilə bilinən media mənsubu özünün “Solovyov LİVE” adlı “youtube” kanalında Nikol Paşinyana od püskürüb.

“Mən bayaq vətəndaş Paşinyana qulaq asdım. Heyf ki, efirdə ana söyüşü söyə bilmirəm. Bu adam ermənilərin 100 illik tarixində başına gələn ən böyük faciənin səbəbkardır, burada onunla heç kim müqayisəyə gələ bilməz. İndi Ermənistanın ali baş komandanı özündən başqa ətrafındakı hər kəsi günahkar çıxarır. Sən demə, silahlar bərbad imiş. Barı son iki ildə xoşuna gələn başqa silah alaydın”,-deyə Vladimir Solovyov söyləyib./musavat.com