"Zeus" Rusiya səmalarını qoruyacaq

Bu barədə Rusiya mətbuatı məlumat yayıb

Rusiyanın "Zeus" nüvə kosmik gəmisi hava hücumundan müdafiə sistemində təyyarələri izləmək və hədəfləri silahlara göstərmək üçün istifadə edilə bilər.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd edək ki, radar avadanlığının gücündən (50 və ya 200 kilovatt) asılı olaraq, kosmik gəmi sırasıyla 2200 kilometr və ya 4300 kilometr radiuslu bir ərazini əhatə edə biləcək. İkinci halda, Rusiyanın bütün hava məkanı və qonşu dövlətlərin məkanının bir hissəsi onun hərəkət zonasına daxil ediləcək.