Hadisə Rusiyada baş verib Hadisə Rusiyada baş verib

Sürücü maşında yanaraq öldü

Hadisə Rusiyada baş verib

Rusiyanın Başqırdıstan Respublikasında ağır yol qəzası baş verib.

Hadisə Miyakinski rayonunun Bogdanovo kəndi yaxınlığında qeydə alınıb.

“Lada Grant” avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını yol qırağındakı ağaca çırpıb. Zərbənin gücündən avtomobil alovlanıb. Yaşlı sürücü maşının içərisində yanaraq dünyasını dəyişib.

Hadisə ilə bağlı yol polisi araşdırmaya başlayıb. (APA)