• Rusiya
  • 19 Sentyabr 22:28
  •  2 938

MM-in deputatları Rusiyada parlament seçkilərinin gedişini müşahidə ediblər

Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Rusiya Dövlət Dumasına sentyabrın 17-19-da keçirilən seçkilərdə müşahidəçi missiyası ilə iştirak edib.

Deputatlar Mixail Zabelin MDB Parlament Assambleyasının, Nizami Səfərov MDB İcraiyyə Komitəsinin xətti ilə, Fatma Yıldırım, Şahin Seyidzadə və Anar Məmmədov isə Azərbaycan parlamentinin müşahidəçiləri qismində Rusiya paytaxtında və Moskva vilayətində seçki prosesinin gedişini izləyiblər.

Aznews.az xəbər verir ki, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov üç gün ərzində apardıqları müşahidələr haqqında məlumat verib.

Onun sözlərinə görə, Rusiya Dövlət Dumasına seçkilərdə 55 ölkədən və 10 beynəlxalq təşkilatdan nümayəndə heyətləri müşahidəçi qismində iştirak edib. Azərbaycandan olan müşahidəçilər öz missiyalarını Moskva vilayətində və Moskva şəhərində həyata keçirib.

Nümayəndə heyətimizin Rusiya Dövlət Duması və Federasiya Şurasının rəhbərliyi ilə görüşləri olub. Missiyamıza Moskva vilayətində videogörüntü rejimində müşahidə etmək imkanı yaradılmışdı. Qeyd edim ki, rəqəmsal videonəzarət sistemi həm Moskva vilayətində, həm də Moskva şəhərində fəaliyyət göstərirdi. Bundan başqa, bir sıra seçki məntəqələrində müşahidələr aparmışıq və missiyamız müşahidələrinin nəticələrini yaxın vaxtlarda təqdim edəcək”.

Azərbaycan millət vəkili Rusiya qanunvericiliyinə tələblərinə uyğun olaraq, seçkilərin gedişi ilə bağlı rəyin yalnız səsvermə bitəndən sonra təqdim edilə bilinəcəyini bildirib: “Müşahidə missiyamıza həm MDB İcraiyyə Komitəsi, həm MDB Parlamentlərarası Assambleyasının təmsilçiləri daxil idi. İlkin olaraq, müşahidələrimiz əsasında qeyd edə bilərik ki, Rusiyada seçkilər qanuna müvafiq qaydada keçirilib və onları baş tutmuş hesab etmək olar”.