• Rusiya
  • 9 Dekabr 2021 18:30
  •  2 348

Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş səyləri alqışlayırıq - Rusiya XİN

Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib

Rusiya ümid edir ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünün yekununda üçtərəfəli razılaşmaların reallaşdırılmasına sadiqlik ifadə olunacaq.

Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Biz Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına yönəlmiş istənilən səyləri alqışlayırıq. Biz Azərbaycan və Ermənistan liderləri arasında müntəzəm təmasların davam etməsini vacib hesab edirik və həqiqətən də hesab edirik ki, Azərbaycan və Ermənistan liderlərinin dekabrın 15-də Brüsseldə keçiriləcək görüşünün yekununda üçtərəfəli razılaşmaların reallaşdırılmasına sadiqlik ifadə olunacaq", - deyə o bildirib.