Ukraynaya müdaxilədən sonra Avropa İttifaqı ilə Rusiya arasında birbaşa uçuşlar dayandırılıb Ukraynaya müdaxilədən sonra Avropa İttifaqı ilə Rusiya arasında birbaşa uçuşlar dayandırılıb

Ruslar ölkədən qaçmağa çalışır

Ukraynaya müdaxilədən sonra Avropa İttifaqı ilə Rusiya arasında birbaşa uçuşlar dayandırılıb

Səfərbərlik elanından sonra dünən Rusiyadan Ermənistan, Gürcüstan, Azərbaycan və Qazaxıstana uçuşlar üçün yer qalmayıb.

Türk Hava Yollarının saytında şənbə gününə qədər Rusiyadan İstanbula uçuşlar üçün yer qalmadığı aydın olur. Rus agentliklərinin əlində qalan biletlərin qiyməti isə 330 min rubla, yəni 10 min AZN-ə yüksəlib. Serbiyanın "AirSerbia" aviaşirkəti də yalnız sentyabrın 26-na qədər ən erkən uçuş üçün Belqrada bilet verir.

Rusiyada Putinin açıqlamalarından sonra "Google"da Rusiyada “bilet” və “təyyarə” axtarışları ikiqat artıb. Bundan başqa, “Rusiyanı tərk etmək” ifadəsi həmişəkindən 100 dəfə çox axtarılıb.

Züriyə Qarayeva