• Rusiya
  • 8 Dekabr 2022 15:17
  •  2 399

Rusiyadan mühüm açıqlamalar

Rusiya Xarici İşlər Nazirliyi İsveç və Danimarkanın qorxduqları üçün Rusiyanı “Şimal axını” araşdırmasına daxil etmədiyini iddia edərkən, Kremlin sözçüsü Peskov Ukrayna müharibəsi ilə bağlı təəccüblü açıqlamalar verib.

Aznews.az xəbər verir ki,Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxorova, "İsveç və Danimarka bizim əməkdaşlıq təklifimizi rədd edir. Çünki bu işə qarışsaq, hadisənin arxasında kimin dayandığını bütün dünya biləcək" dedi.

Krım yarımadasının Ukraynanın hücumlarına qarşı həssas olduğunu bildirən Kremlin sözçüsü Dmitri Peskov, "Ukrayna terror hücumlarını davam etdirdiyi üçün bölgə risk altındadır. Əldə etdiyimiz məlumatlar təsirli tədbirlərin görüldüyünü göstərir" deyə qeyd edib.

Mövsüm