• Rusiya
  • 18 Aprel 12:07
  •  2 547

Putin Lula da Silvanı Sankt-Peterburq İqtisadi Forumuna dəvət edib

Rusiya prezidenti Vladimir Putin braziliyalı həmkarı Luiz İnasiu Lula da Silvanı Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumuna dəvət edib.

Aznews.az xəbər verir ki, bu barədə Braziliyanın xarici işlər naziri Mauro Vieyra bildirib.

Vieyranın sözlərinə görə, dəvəti Lula da Silvaya Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident iqamətgahında təkbətək görüş zamanı çatdırıb.

Bundan əvvəl Putin Braziliya liderini Lula da Silvanın beynəlxalq məsələlər üzrə müşaviri Selso Amorim vasitəsilə martın sonunda Moskvaya məxfi səfəri zamanı Rusiyaya səfərə dəvət etmişdi.

Qeyd edək ki, Rusiya və Braziliyanın xarici işlər nazirlərinin başçılıq etdiyi nümayəndə heyətləri Braziliyada danışıqlar aparıb. Daha sonra Lavrov Lula da Silvanı prezidentin rəsmi iqamətgahında - Alvorada sarayında ziyarət edib.

Mövsüm