- Rusiya və İran
- 30 Noyabr 2018 19:09
- 2 560
Rusiyadan Ukraynaya kimlər gedə bilər?

Qadağalar bəzi şəxslərə şamil olunmur.
Ukraynanın Dövlət Sərhəd Xidmətinin spikeri Andrey Demçenko Ukraynana girişi qadağan edilən Rusiya kişilərinin kateqoriyalarını açıqlayıb.
Qadağaya baxmayaraq diplomatik statusu olanlar, nəqliyyatda xidməti personallar Ukraynaya gələ bilər:
“Bundan başqa, Ukrayna ərazisində daimi və ya müvəqqəti yaşamaq icazəsi haqqında sənədi olan və humanitar məqsədlərə, yaxınının ölümü və ya xəstəliyi səbəbinə görə Ukraynaya gələn kişilərə icazə veriləcək”.
Demçenkonun sözlərinə görə, əsasən 16-60 yaş qrupunda olan kişilər ölkədə stabilliyi pozmaq təhlükəsi baxımından xüsusi risk daşıdığından Ukraynaya girə bilməz.
Qeyd edək ki, Ukrayna bu gündən etibarən rusiyalı kişilərin ölkəyə girişinə qadağa qoyub. (qafqazinfo)
AzNews.az