- Rusiya və İran
- 2 Mart 2019 12:35
- 2 985
Nobel mükafatı laureatı, akademik Jores Alfyorov vəfat etdi

Alimin həyat yoldaşı Tamara Darskaya məlumat yayıb.
Rusiyanın dünya şöhrətli alimi, Nobel mükafatı laureatı, akademik Jores Alfyorov 88 yaşında vəfat edib.
RIA Novosti agentliyinə istinadla xəbər verilir ki, bu barədə alimin həyat yoldaşı Tamara Darskaya məlumat verib.
Jores Alfyorov Nobel mükafatına 2000-ci ildə yarımkeçirici texnikalar sahəsində tədqiqatlarına görə layiq görülüb. O, Rusiya tarixində Nobel mükafatı almış dörd nəfərdən biridir. Alim, həmçinin Rusiya Dövlət Dumasının altı çağırış deputatı olub. (AZƏRTAC)