Hərbçilər Orta Afrika Respublikasının istəyi ilə göndərilir Hərbçilər Orta Afrika Respublikasının istəyi ilə göndərilir

Rusiya bu ölkəyə 600 hərbçi göndərir

Hərbçilər Orta Afrika Respublikasının istəyi ilə göndərilir

Rusiya Mərkəzi Afrika Respublikasına 600 hərbçi göndərəcək.

AzNews.az xəbər verir ki, bunu “Sputnik”ə açıqlamasında Orta Afrika Respublikasındakı rus hərbi təlimçilərinin rəhbəri Aleksandr İvanov deyib.

O bildirib ki, hərbçilər Orta Afrika Respublikasının istəyi ilə göndərilir.

İvanov yeni hərbi birliyin nə vaxt göndəriləcəyini açıqlamayıb. Hazırda bu ölkədə 535 rus hərbçisi var, yeni qərarla bu rəqəm 1135-ə çatdırılacaq.