Rusiya Duması Moskvanın Avropa Şurasının konvensiyalarından çıxmasına yaşıl işıq yandırıb

Rusiya Dövlət Duması Avropa Şurası ilə əlaqəli 21 beynəlxalq müqavilənin ləğvi ilə bağlı sənədi imzalayıb.

Aznews.az xəbər verir ki, bu addım Moskvanın ötən ilin martında Ukraynanı işğal etdiyinə görə Strasburqda yerləşən insan haqları təşkilatından qovulmasından sonra atılıb.

Xarici işlər nazirinin müavini Aleksandr Qruşko Dövlət Dumasının iclasında bildirib ki, Rusiya terrorizmə qarşı ayrı-seçkiliyə cəhd edilmədiyi təqdirdə Avropa Şurasının “terrorizm”lə mübarizə konvensiyalarının iştirakçısı olaraq qalacaq.

Mövsüm