Rusiya iki ABŞ diplomatını “persona non-qrata” elan edib

Rusiya Xarici İşlər Nazirliyi Moskvadakı iki ABŞ diplomatının "diplomatik statuslarına uyğun olmayan hərəkətlər" səbəbi ilə "persona non-qrata" elan edildiyini açıqlayıb.

Aznews.az xəbər verir ki, Nazirlikdən verilən açıqlamada ABŞ-nin Moskvadakı səfiri Lin Treysinin nazirliyə çağırıldığı bildirilib.

Bəyanatda qeyd olunub ki, səfirə ABŞ səfirliyinin birinci katibi Ceffri Sillin və ikinci katib Devid Bernşteynin hərəkətlərinin onların diplomatik statuslarına uyğun olmadığına dair nota verilib.

Həmin şəxslərin xarici dövlətlə əməkdaşlıqda ittiham olunan və pul müqabilində Rusiyanın milli təhlükəsizliyinə zərər vurmaq vəzifəsi verilən Rusiya vətəndaşı Robert Şonovla əlaqəni davam etdirərək qanunsuz fəaliyyətlə məşğul olduqları iddia edilib.

Açıqlamada, "ABŞ səfirinə Sillin və Bernşteynin 7 gün ərzində "persona non qrata" olaraq Rusiya ərazisini tərk etmələri lazım olduğu bildirilib.

Mövsüm