Patruşev Misir prezidenti ilə təhlükəsizlik və iqtisadi məsələləri müzakirə edib

Misir prezidenti Əbdül-Fəttah Xəlil Əl-Sisi və Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təhlükəsizlik və iqtisadiyyat sahəsində Rusiya-Misir əməkdaşlığı məsələlərini müzakirə ediblər.

Aznews.az xəbər verir ki, bu barədə müvafiq sənədi RF Təhlükəsizlik Şurasının mətbuat xidməti dərc edib.

Sənəddə həmçinin bildirilir ki, Misir prezidenti və Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Moskva ilə Qahirə arasında BRİKS çərçivəsində əməkdaşlığa diqqət yetirib və bir sıra beynəlxalq problemlər ətrafında fikir mübadiləsi aparıblar.

Mövsüm