- Rusiya və İran
- 29 Sentyabr 2023 15:52
- 5 288
Putin Vaqnerin keçmiş komandiri Troşevlə görüşüb

Rusiya prezidenti Vladimir Putin ötən gecə Rusiyanın muzdlu “Vaqner” qrupunun keçmiş komandiri Andrey Troşevlə görüşündə Troşevdən Ukraynadakı “könüllü birləşmələri” yoxlamağı xahiş edib.
Rusiya prezidenti Vladimir Putin dünən Kremldə Rusiyanın muzdlu “Vaqner” qrupunun keçmiş komandiri, rusca “Sedoi” və ya “boz saç” kimi tanınan Andrey Troşevlə görüşüb.
Rusiya müdafiə nazirinin müavini Yunus-Bek Yevkurovun da iştirak etdiyi iclasda Ukrayna müharibəsində könüllü döyüş birləşmələrindən necə istifadə edildiyi müzakirə olunub.
Putinin görüş zamanı Troşevə "Nə baş verdiyini, necə edildiyini bilirsiniz, mübarizənin ən yaxşı və ən uğurlu şəkildə irəliləməsi üçün həll edilməli olan problemləri əvvəlcədən bilirsiniz" dediyi bildirilir.
Digər tərəfdən, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Troşev hazırda Müdafiə Nazirliyinin tabeliyində işləyir.
Mövsüm
Aznews.az