Lavrov Fransanın Əsədin həbsinə order verməsini qərəzli adlandırıb

Fransa Suriya prezidenti Bəşər Əsədin həbsinə beynəlxalq order verməklə öz məhkəməsinin qərəzliliyini sübut edib.

Aznews.az xəbər verir ki,bu barədə Sergey Lavrov qeyd edib.

2013-cü ildə kimyəvi silahdan istifadə ittihamı ilə Əsədin həbsinə order verilib.

“Bilirsiniz, Qərb məhkəmə sistemi milli səviyyədə və beynəlxalq səviyyədə öz qərəzliliyini dəfələrlə sübut edib”, - deyə o, cavab verib.

XİN rəhbərinin sözlərinə görə, 2013-cü ildə kimyəvi silahdan istifadə ilə bağlı epizod geniş məlum olanda bir çox müstəqil ekspertlər məşhur “Cəbhət ən-Nusra” terror qruplaşmasının olduğunu deməyə əsas verən faktlar dərc ediblər. Lakin Lavrov qeyd edib ki, Fransa məhkəməsinin hansı əsaslara və faktlara əsaslanaraq bu qənaətə gəldiyi məlum deyil.

Mövsüm