Zaxarova ABŞ-ı Koreya yarımadasında yeni gərginlik kursunda ittiham edib

Koreya yarımadasında gərginliyin yeni mərhələsi ABŞ-nin kursunun nəticəsidir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova yanvarın 12-də brifinq zamanı bildirib.

O qeyd edib ki, ABŞ-nin hərəkətləri yarımadanın təhlükəsizliyini təhlükə altına qoyur.

“Rusiya tərəfi Vaşinqton və müttəfiqlərinin subregionda birgə hərbi fəaliyyət qurmaq təhlükəsi barədə dəfələrlə xəbərdarlıq edib. Biz indi belə kursun nəticələrini görürük, bu, daha çox qarşıdurmaya səbəb olur”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, bu regionun problemlərini yalnız hörmətli dialoq və siyasi-diplomatik üsullarla həll etmək olar.

Mövsüm

Aznews.az