İran XİN sözçüsü: "Uranımız torpağımız qədər müqəddəsdir"

İran bildirib ki, “uran torpağımız qədər müqəddəsdir” və zənginləşdirilmiş uran ehtiyatlarının nə başqa ölkəyə verilməsi, nə də azaldılması ilə bağlı hazırkı və ya əvvəlki danışıqlarda hər hansı məsələ müzakirə olunmayıb.

Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib ki, Tehranın mövqeyi nüvə nailiyyətlərini ölkə daxilində saxlamaqdır.

“O qeyd edib ki, nə indiki, nə də əvvəlki danışıqların heç bir mərhələsində İranın zənginləşdirilmiş uran ehtiyatlarının ABŞ-a və ya başqa ölkəyə ötürülməsi müzakirə olunmayıb.”

“Torpağımız bizim üçün nə qədər müqəddəsdirsə, zənginləşdirilmiş uran da bir o qədər önəmlidir,” – deyə o əlavə edib.

O, həmçinin uranın azaldılması ilə bağlı təklifləri də rədd edərək, məsələyə daha geniş çərçivədə yanaşıb.

“Torpağımız necə müqəddəsdirsə, uranımız da elə müqəddəsdir,” – deyə Bəqai bildirib və milli resursların vətəndaşların həyatı qədər önəmli olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İranın nüvə proqramı illərlə aparılan yerli elmi fəaliyyətin nəticəsidir və bundan imtina edilməyəcək.

“Nüvə bilikləri iranlıların səylərinin nəticəsidir,” – deyə o bildirib və əlavə edib ki, əgər bu bilik dəyərsiz olsaydı, rəqiblər onu təzyiq və münaqişə yolu ilə məhdudlaşdırmağa çalışmazdı.

Bəqai qeyd edib ki, İran nüvə imkanlarını qorumaqda davam edəcək.

Mövsüm,

AzNews.az