- Rusiya və İran
- 12:15
- 892
İran yenidən qonşularını təhdid etdi: Sahil təhlükəsizliyimiz pozularsa, region da təsirlənəcək
İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Fədahüseyn Maleki bildirib ki, əgər İranın sahil təhlükəsizliyi təhdid olunarsa, Oman dənizi və Fars körfəzi sahillərinin təhlükəsizliyi də bundan təsirlənəcək.
Maleki ABŞ-ı danışıqlarda irəliləyişə mane olmaqda və dəniz blokadası kimi addımlarla atəşkəsi pozmaqda ittiham edib.
O əlavə edib ki, İran Hürmüz boğazı üzərində tam nəzarətə malikdir və hazırda nə danışıqlara, nə də atəşkəsə ehtiyac duyur.