Xalq artisti Nazpəri Dostəliyevayla sabiq prodüseri Mikayıl Cavidan arasındakı qalmaqal böyüyüb. Xalq artisti Nazpəri Dostəliyevayla sabiq prodüseri Mikayıl Cavidan arasındakı qalmaqal böyüyüb.

“Keçmişinizi unutmayın” - Sabiq köməkçisindən Nazpəriyə

Xalq artisti Nazpəri Dostəliyevayla sabiq prodüseri Mikayıl Cavidan arasındakı qalmaqal böyüyüb.


AzNews.az xəbər verir ki, keçmiş köməkçisi müğənninin son fotosessiyasınınmüəllifi olduğunu iddia edib. Xalq artisti isə keçmiş işçisinin iddiasına belə cavab verib:

"Mənim yeni fotosessiyam bəzi üzdəniraqları yaman sarsıdıb. Gör hələ qarşıdakı layihələrimi eşidib nə hala düşəcəklıər. Görünür, bu uşaqlar hələ də mənim adımla reklam olunmaq istəyirlər. Mən bu gün çox təcrübəli komandayla işləyirəm. Mənim işçilərimin reklama ehtiyacı yoxdur. Yaxşı işçinin reklamı gördüyü işi olmalıdır. Biz belə yalanlara, böhtanlara hazırıq. Arxadan atılan daş topuğa dəyər. "Karvan keçər" məsəli də hamıya bəllidir. Nazpəri xanıma çoxlarının borcu var, amma onun yox.

Mənim heç vaxt prodüserim olmayıb. Dünənki uşaq deyiləm ki, prodüserim olsun. Hər işimə özüm qərar verirəm. Çox gülməli xəbərlər eşidirəm. Böyük insanların ayağına hər zaman çör-çöp dolaşır".


Xalq artisti Nazpəri Dostəliyevanın "üzdəniraq"adlandırdığı sabiq prodüseri Mikayıl Cavidan təhqirlərə cavab verib.

Mikayıl Cavidan AzNews.az-a açıqlama verərək bildirib ki, N.Dostəliyeva üzdəniraq adlandırdığı şəxslə 5 il iş birliyində olub: "Nazpəri Dostəliyevaya veriləcək suallarım var. Hansı komandanız var? Hansı layihələriniz olacaq? Sizi tanıyana yalan danışırsınız? Hansı kanalda olacaq layihələriniz çox maraqlıdır? Hansı uşaqdan danışırsınız? Verdiyiniz qərarların sonunu görduk. Bu dəqiqə məndən çox sizin reklama ehtiyacınız var. Sonuncu çəkdirdiyiniz kliplə yaradıcılığınız bir daha subut olundu. "Dur gedək"dir sonuncu klipiniz. Təbrik edirəm sizi. Nə topuğunuza əziyyət verin, nə də 1- 2 nəfər alaq otundan ibarət karvanınıza. Üzdəniraqla 5 il işləmisiniz. Mən öz fikrimi bildirmişəm, yaxşı eləmişəm".

M.Cavidan N.Dostəliyevaya mesaj ünvanlayıb: "30 il məndən böyüksünüz. Mənim 30 yaşım var. Yaxın keçmişi unutmayın. Bunu babam yazmayıb, siz yazmısınız. Bir də Nazpəri Dostəliyeva şəxsiyyətimi təhqir etsə basqa cür söhbət olacaq".



Bahar RÜSTƏMLİ
AzNews.az