“Psixiatra müraciət edin, müalicə alın” “Psixiatra müraciət edin, müalicə alın”

Nura Suri müğənniləri “xəstə” adlandırdı

“Psixiatra müraciət edin, müalicə alın”



Müğənni Nura Suri "facebook" sosial şəbəkəsindəki səhifəsində şou-biznes əhlini "yıxıb-sürüyüb". Onun fikrincə, müğənnilər evlərini, paltarlarını nümayiş etdirməklə özlərini gülünc vəziyyətə salırlar: "Bəzi şou-biznes əhli efirə çıxıb avtomobillərinin, evlərinin, paltarlarının qiymətini deməklə, niyə özlərini gülünc vəziyyətə qoyurlar? Axı sual verən gərək ki, bu pulları haradan qazanırsız?

Konsertdən, albom satışından, toylardan, yoxsa proqramlardan? Hardan? Milyoner ərləri yox, ərdə olmayıblar ki, deyəsən ərindən qalıb, bəy nəvəsi də deyillər... Məni heç kimin şəxsi həyatı maraqlandırmır. Amma belə söhbətlər, müsahibələr müğənniləri gözdən salır. İnsanlarda nifrət oyadır".

Bundan ürəyi soyumayan N.Suri həmkarlarını xəstə adlandırıb: "Bu qədər kompleksiniz var psixiatra, psixoloqa müraciət edin, müalicə alın. Həyatı özünüz üçün yaşayın, başqalarının gözünə soxmaq üçün niyə yaşayırsız."

Bahar Rüstəmli
AzNews.az