ŞOK! Rəqsanə bu günə qədər danışmadığı gizli faktları açıqladı – EKSKLÜZİV

Müğənni Rəqsanə İsmayılovanın Azayev qardaşları ilə çoxdan sürən çəkişməsi məhkəməyə qədər uzanıb. Proses davam edir. Tərəflərin münasibəti isə günü-gündən pisləşir. Müğənni Rəqsanə İsmayılova adının ictimaiyyətə məhkəmə iştirakçısı kimi hallandırılmamasına çalışsa da, özünün dediyi kimi "yalançı faktlar" onu danışmağa vadar edib.

AzNews.az-a danışan müğənni iddia edir ki, cavabdeh tərəf müxtəlif üsullarla bəzi insanlara təzyiq edib, onun üzünə durğuzur. Bunun arxasından isə müğənnini susmamağa vadar edən dəhşətli mənzərələr açılır.

Bizə müraciəti zamanı vaxtilə şahidlərdən birinə "çevrildiyini" deyən Mehin xanım, bunu məcburiyyətdən etdiyini və hazırda Rəqsanənin tərəfində olduğunu bildirdi. Onu dinlədikdən sonra məsələyə müğənni Rəqsanənin də qoşulmasını istədik. Sənətçi iddia edir ki, sözügedən qardaşlar ondan 250 min manat tələb edir:

"Onlar məndən 250 min dollar tələb edir. Guya, 27 min manat da Təranəyə verməliyəm. Gürcüstandan tanımadığım şəxsləri yalançı şahid kimi (səhv etmirəmsə Rəhman və Səbuhi) mənə qarşı çevirmək istəyirlər ki, guya, mənim onlara borcum var. Mən şou-biznesə gələn gündən etiraf etmişəm ki, borcum var və kişi kimi qadınam - borcumu ödəyəcəyəm. Əgər həmin insanlara borcum olsaydı, onlara zəng edib deyərdim ki, mənə bir il vaxt verin, borcunuzu qaytaracağam. Mənə xoş deyil ki, vaxtımı polis idarələrində keçirim. Təranə gədələrlə bir yerdə çox biabırçılıq elədilər. Onlar polisə qarşı müqavimət göstərdilər. Sonda iş məcbur olub Suraxanı rayonu prokurorluğundan Bakı şəhər Polis İdarəsinə gəldi və hazırda işlə bağlı burada istintaq gedir.

Bugünkü gündə Prezident Aparatına, Respublika Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Bakı şəhər Prokurorluğuna teleqramla müraciət etmişəm ki, xahiş edirəm, mənə kömək edin. Axı mən hər şeydən öncə Azərbaycan Respublikasının vətəndaşıyam. Anayam, iki övladım var. Onların ucbatından ölkədən çıxmalıyam? Nəinki mənim, ailəmin həyatı təhlükədədir. Ona görə övladımı Moskvada oxutdururam. Çünki onlardan hər şey gözləyirəm.

Mehin Məmmədova mənim çoxdankı fanatım olub və Təranə prodüserim olan zaman mənimlə əlaqə saxlayırdı. Biz Şamaxıda avtoqəzaya uğrayandan sonra Mehin zəng edir ki, vəziyyətim pisdir. Təranə də deyir ki, bizə gəl və Mehin uşağıyla Təranəgilə gəlir".

Söhbəti Mehin davam etdirir: "Təranəgilə gedəndə həmin qardaşları orada gördüm və mənə dedilər ki, Təranə üçün şahidlik edim. Mən, görmədiyim hadisəyə şahidlik edə bilmərəm deyə, etirazımı bildirdim. Bundan sonra, onlar mənə hədə-qorxu gəldilər və 4 yaşlı uşağımı girov götürdülər. Daha sonra məndən ölmüş bir şəxsin adına nömrə almağı tələb etdilər. Həmin nömrə ilə sosial şəbəkələrdə Rəqsanənin qızı Aysunun adına səhifələr açılır və insanlarla danışılırdı. Bu danışıqlarda Aysunun adından qeyri-əxlaqi sözlər işlədilirdi".

Mehin deyir ki, ona o qədər təhdidlər olub ki, hətta Bakını tərk edib: "Mənim cinayət işlərində yalançı şahidliyimi tələb edirdilər. Etiraz edəndə, avtomobillə təqib edib, qorxudurdular. Uşağımın taleyini düşünüb, qaçıb getdik Gəncəyə".

Mehin onu da əlavə etdi ki, bundan sonra o, yaxın bir insanın vasitəsiylə Rəqsanə xanımı tapır və hadisəni təfərrüatı ilə ona danışır. Sonda deyir ki, "sizə qarşı yalandan ifadə versəm də, buna görə həbs olunsam da, yenə də sizin üzünüzə dura bilmərəm".
Mehin onu da söylədi ki, bütün bu faktları müstəntiqə olduğu kimi nəql edib. Ancaq nəticə hələ də yoxdur.

"Mənə yalançı iddia ilə çıxış etməyimə də çalışıblar. Guya, Təranənin qızın ad günündə Rəqsanəyə 27 min manat pul verib ki, ona torpaq alsın. Mən də məcburiyyətdən bu məsləyə şahid olub və sənətçiyə qarşı ifadə verib. Əslində isə mən həmin ad günündə olmamışam. Sonra belə düzüb-qoşdular ki, guya, mən ad günün sonunda gəlib və kameraya düşməmişəm. İstintaq zamanı ad gününün kasetləri tələb olundu, Təranə bu günə qədər də həmin kasetləri üzə çıxarmayıb. Prokuror Təranədən kaseti dəfələrlə tələb edib. Hazırda mən Rəqsanə xanıma sığınmışam. Məni işə götürüb, köməkçisiyəm. Artıq onlar mənə yaxına gələ bilmirlər".

Qeyd edək ki, sözügedən çəkişmədə daha iki nəfərin adı yalançı şahid qismində hallanıb. Onlar Raziyə və Lalə Nəsibovalardır.

Rəqsanə deyir: "Aradan bir müddət keçir sənədlərdə Raziyə Nəsibova və onun qızı Lalə Nəsibova adlı şəxslərə rast gəlirəm. Təəccüblənirəm. Çünki bu insanları tanımıram".

Portalımıza danışan Raziyə xanım isə etiraf edir ki, Rəqsanənin üzünə durmağa məcbur edirlər: "Mənim "Rəqsanəylə nə alış-verişim var? Axı niyə yalançı şahid olmalıyam? Əgər bir probleminiz varsa, öz aranızda həll edin" deməyim xoşlarına gəlmədi. Bizim "yox" deməyimiz yolumuzu istəmədən Suraxanı rayon Polis İdarəsindən saldı. Bizi məcbur elədilər ki, guya, Təranənin qızının ad günündə bizim yanımızda Təranə Rəqsanəyə 27 min manat pul verib. Bizim də Mehin kimi həyatımız təhlükədə idi.
Eyni mövzu, eyni istək. Hər ikimizə eyni vaxtda hücuma keçirlər. Mən Raziyə şahid olmadığıma görə, "ovtyorka" ilə əzab verərək Lalənin gizləndiyi yerə gətirirlər. Ana-bala bizi məcbur edirlər ki, Rəqasənənin üzünə duraq. Biz onlardan canımızı qurtaran kimi prokurorluğa şikayət edirlər və oradan məhkəmə ekspertizasına gəlirlər. Qardaşlar polis vəsiqəsiylə ekspertiza idarəsinə basqın edirlər və deyirlər ki, bura iki qadın gələcək, onlara döyülmələrinə görə ekspertiza rəyini verməyin".

Qeyd edək ki, Bu günlərdə Nəsibovalar Bakı şəhər Polis İdarəsinə ifadə verərək, hadisəni izah ediblər və bildiriblər ki, hər şey yalandır. Raziyə xanımın dediklərindən: "Bu ərəfələrdə qızımı - Laləni təqib edirlər və onu döyürlər. Lalə də polisə şikayət edir. Daha sonra ona hədə-qorxu gələrək, ərizəsini geri götürməyi tələb edirlər. Belə də olur. Mən də bir ana kimi övladıma deyirəm ki, ərizəni geri götürsün. Bu məsələdən sonra bizi yenə rahat buraxmadılar. Daha bir problem yarandı. Ona görə də, mən Rəqsanə xanıma zəng edərək adımın insan alverində hallandırıldığını bildirdim. Dedim ki, hazırda bizi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə aparırlar. Səbəb isə guya, mən Raziyə xanım Təranəni fahişəliyə məcbur edib və Türkiyəyə aparıram. Dəhşət içində idim. Biz əsasən Türkiyədə yaşayırıq və 9 aylıq icazəmiz var. Orada mən xəstə uşağa baxıram. Amma onlar bunu insan alverinə "çevirərək" bizi şərləyirdilər.
Hələ bu harasıdır, Lalənin üzəri şər ataraq deyirlər ki, guya, İran vətəndaşının çantasını oğurlayıb və 1800 manat pulunu götürüb".

Şahidlərin fikrincə, Faiq və Fərid qardaşlarını atası İsif Azayev müdafiə edir. O, əvvəl polis işləyib və hazırda təqaüddədir.

Sonda Rəqsanə xanım deyir ki, 2 ay əvvəl Nəsimi rayonunda Təranəgilin bir işi araşdırılırdı. Məlum olub ki, keçmiş "Tarqoviy" küçəsində onları Təranəgil bıçaqlayıblar: "Daha bir məsələdə isə, Gürcüstan vətəndaşları olan qızları qarət etdikləri üçün onlar gədələri döyürlər və gədələr də qızlara bıçaq çıxardırlar. Onlar da polis olduğu üçün bu məsələdə Tərənə ilə Laləni qabağa verirlər. Bu iş indi də polisdədir və Təranəyə ilə Laləyə Azərbaycanı tərk etməmək üçün qərar çıxarılıb. Təranəyə də, Laləyə də icbari iş verirlər 3 il yarım müddətində onun icazəsiz ölkəni tərk etmək hüququ yoxdur".

Sonda şahid xanımlar bu açıqlamanı hələ də həyatı təhlükənin sovuşmadığı üçün etdiklərini bildirdilər: "Rəqsanə xanım bizi qoruyur. Amma bu problem onun da başı üzərindədir. Yəni, hamımız özümüzün və övladlarımızın taleyini düşünürük. Buna görə də, dövlətin yardımına ehtiyacımız var".

Fuad Mədətov
AzNews.az