“Bundan da açıq-saçıq geyimli qızlara rast gəlmək olur” – FOTOSESSİYA

Müğənni Sevinc Ağaşirinova "facebook" sosial şəbəkəsindəki səhifəsində paylaşdığı yeni fotosessiyası izləyənlərin böyük marağına səbəb olub. Səbəb isə şəkillərdə müğənninin açıq-saçıq görkəmdə olmasıdır.

Fotosessiya ilə bağlı AzNews.az-a açıqlama verən müğənni bildirib ki, şəkilləri açıq-saçıq hesab etmir: "Mənə elə gəlir ki, bu, açıq-saçıq şəkil deyil. Şəhərdə bəzən bundan da açıq-saçıq geyimli qızlara rast gəlmək olur. Bu, normaldır".

S.Ağaşirinova şəkillərə görə, onu qınayanlara da əvvəlcədən cavab verib: "Qınanılası o qədər adam var ki... mənim heç kimlə işim yoxdur. Amma yenə də hər insanın öz fikri var. Hamı tərəfindən eyni qarşılana bilmərəm ki?"

Müğənni şəkillərdə hisslərinin məhkumuna çevrilən qadın obrazını yaratmağa çalışıb. Qeyd edək ki, müğənninin şəkillərini peşəkar fotoqraf Hüseyn Bağırov çəkib.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description