Sevgilisiylə birgə uşağın doğma anasına 32 min dollar pul ödəyib Sevgilisiylə birgə uşağın doğma anasına 32 min dollar pul ödəyib

Elton Con ikinci dəfə “ana” oldu – FOTO

Sevgilisiylə birgə uşağın doğma anasına 32 min dollar pul ödəyib


AzNews.az Britaniya mətbuatına istinadən xəbər verir ki, məşhur müğənni Elton Con və partnyoru David Furniş yanvar ayının 11-də qucaqlarına aldıqları Elijah adlı ikinci uşağı dünyaya gətirən anasına 32 min dollar pul ödəyiblər.

Bundan əvvəl cütlük 2010-cu ilin dekabr ayında böyük oğulları Zaxarini dünyaya gətirən həmin qadına 27 min dollar ödəyiblər. Onlar həmin qadınla ABŞ-ın Kaliforniya Ştatındakı Daşıyıcı Ebeveyn Mərkəzi vasitəsilə ünsiyyət qurublar.

Maraqlı məqam isə budur ki, Elton və David cütlüyü üçüncü dəfə körpə sahibi olmaq istəyirlər. Onlar buna görə 35 min dollar ödəməyə hazır olduqlarını deyiblər.

Qeyd edək ki, Daşıyıcı Ebeveyn Mərkəzinin ödəniş siyasəti xaricində qəti qaydaları var. Belə ki, daşıyıcı ananın siqaret çəkməməsi, sağlam olması və öz uşağının olması vacibdir.

Fuad Mədətov
AzNews.az

image description image description