Rəqqasə Fatimənin xınayaxdı mərasimi –VİDEO



Xəbər verdiyimiz kimi, rəqqasə Fatimə Fətəliyeva "Sabah" instrumental ansamblının müşayiəti ilə "Bəxtiyar" bədii filminin musiqisinə qurduğu rəqsə klip çəkdirib. AzNews.az-ın məlumatına görə, bu gün klipin rejissoru Nail Naiboğlu yaradıcı işin bəhrəsini təqdim edib.

Milli geyimdə olan rəqqasənin istifadə etdiyi paltarlar öz qarderobuna, o cümlədən, klipdə istifadə olunan dekorlar və dizayn ideyaları rəqqasənin özünə məxsusdur. Klipin çəkilişləri pavilyonda aparılıb və maraqlı süjet xətti var. Belə ki, klipdə xınayaxdı mərasimi əks olunur. Burada bəy obrazını rəqqas İlham Kərimli, gəlin obrazını isə rəqqasə Günay canlandırıb.

Klipdə rəqs edən qızlar F.Fətəliyevanın tələbələridir.

F.Fətəliyevaya bu işində tanınmış dizayner Ləman Babayeva və rəqqasənin meneceri Aysel Məhəmməd dəstək olublar.

Qeyd edək ki, klipin prodüseri Pərviz Oqtayoğlu, operatoru Emin Hüseynov, montaj müəllifi isə Elnar Həşimovdur.

Fuad Mədətov
AzNews.az