O, evini alt-üst edən oğrulardan şikayət edib O, evini alt-üst edən oğrulardan şikayət edib

“Best Model-2011”in qalibinin evində oğuqluq – FOTOSESSİYA

O, evini alt-üst edən oğrulardan şikayət edib




AzNewsa.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Best Model of Turkey-2011" model müsabiqəsinin qalibi Tuğba Melis Türkün evində oğurluq olub.

"Krem" serialında rol alan T.M.Türk dünən gündüz vaxtlarında çəkiliş meydançasında olarkən evinə oğru girib. Oğrular aktrisanın zinət əşyalarını, müsabiqədən qazandığı dəyərli hədiyyələri və qiymətli zənn etdikləri bəzək əşyalarını oğurlayıblar.

T.M.Türk evə qayıdarkən gördüyü mənzərədən şoka düşüb. O, evini alt-üst edən və qarderobunu qarışdıran oğrularla bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Fuad Mədətov
AzNewsa.az
image description image description image description image description image description