Türkiyə mediası Yeni İl gecəsi Bakıda keçirilən konsertdə iştirak etmiş daha bir müğənninin aldığı qanorarı açıqlayıb. Türkiyə mediası Yeni İl gecəsi Bakıda keçirilən konsertdə iştirak etmiş daha bir müğənninin aldığı qanorarı açıqlayıb.

16 yaşlı müğənni Bakıda bir gecədə 50 min qazandı - Fotolar

Türkiyə mediası Yeni İl gecəsi Bakıda keçirilən konsertdə iştirak etmiş daha bir müğənninin aldığı qanorarı açıqlayıb.

Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Olimpiya stadionundakı konsertə iştirak edən 16 yaşlı türkiyəli müğənni Aleyna Tilki 1 saatlıq çıxış üçün 50 min lirə alıb.

Bildirilir ki, yaşı 18-ə çatmadığı üçün Aleyna Tilkinin Türkiyədə spirtli içki verilən konsert və tədbirlərdə iştirakıl mümkün deyil. Bununla belə o, iştirak etdiyi hər tədbirə görə 20-30 min lirə qazanır. Keçən ilədək ağır maddi şərtlər altında yaşayan Aleynanın ailəsi bü günlərdə dəniz sahilində 750 min lirəyə mənzil də alıb.

Qeyd edək ki, A.Tilki 2 il əvvəl “Yetenek Sizsiniz” layihəsində tanınıb və keçən il efirə çıxan bir mahnı ilə məşhurlaşıb.

AzNews.az