Siyahıda Robert De Niro, Culiya Roberts, Ben Afflek, Coni Depp, Cared Leto kimi dünyaca məşhur kino ulduzlarının adları var. Siyahıda Robert De Niro, Culiya Roberts, Ben Afflek, Coni Depp, Cared Leto kimi dünyaca məşhur kino ulduzlarının adları var.

Bu il anti-Oskarı kimlər alacaq? - Qızıl moruq mükafatına namizədlər - Siyahı

Siyahıda Robert De Niro, Culiya Roberts, Ben Afflek, Coni Depp, Cared Leto kimi dünyaca məşhur kino ulduzlarının adları var.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, "Qızıl moruq" mükafatı ənənəvi olaraq “Oskar” mükafatının verilməsi ərəfəsində təqdim edilir.

Təşkilatçıların sözlərinə görə, namizədləri seçmək heç də asan olmayıb. Çünki onların sayı ötən illərlə müqayisədə xeyli çox olub. Bu səbəbdən hər kateqoriyada iddiaçıların sayı altıya qalxıb.

2016-cı ilin ən bərbad filmi adına “Betmen Supermenə qarşı”, “Yüngül əxlaqlı qız”, “Misir allahları”,“Nümunəvi kişi-2” filmi, “Amerika Hillari: Demokratlar partiyasının məxfi tarixi” sənədli filmi namizəddir.

“Nümunəvi kişi-2” və “Betmen Supermenə qarşı” qarşı filmləri nominasiyaların sayına görə liderdir. Uyğun olaraq 9 və 8 kateqoriyada "Qızıl moruq" mükafatını ala bilər.

İlin ən pis aktyoru adına Ben Afflek, Henri Kavill, Robert De Niro, Ben Stiller namizəddir.

Ən pis aktrisa adına isə Meqan Foks, Culia Roberts, Naomi Uotts, Şeylin Vudli,Bekki Terner namizəddir.