Mahnının sözlərinin və musiqisinin müəllifi aparıcı Samir Orucdur. Mahnının sözlərinin və musiqisinin müəllifi aparıcı Samir Orucdur.

Rəhim Rəhimli ilə Namiq Qaraçuxurlu dueti – EKSKLÜZİV

Mahnının sözlərinin və musiqisinin müəllifi aparıcı Samir Orucdur.


"Lider" Televiziyasında yayımlanan "Klip parad" verilişinin aparıcısı Sami Oruc şou-biznesin iki məşhur və biri-birindən fərqli simasını bir araya gətirib. O, AzNews.az-a açıqlamasında bildirib ki, həm mahnı bəstələyir, həm də şeir yazır. Onun yaradıcı məhsullarını müğənnilər Yaşar "Bakıda biri", Zamiq "Yaşayıram", Rəhim Rəhimli "Şəkər", Rəqsanə İsmayılova "Gedirəm", Çingiz Mustafayev "Sənin üçün oxuyuram" və başqaları ifa ediblər: "Yaxın günlərdə müğənni Rəhim Rəhimli və meyxana ifaçısı Namiq Qaraçuxurlu dueti olacaq. Mahnının sözləri və musiqisi mənə məxsusdur".

Aparıcı onu da qeyd edib ki, özünü aktyor kimi də sınayıb: "Bir neçə günə müğənni Zarinanın ifa etdiyi "Qayıtmadı" mahnısına çəkilən klip yayımlanacaq. Həmin klipdə onun tərəf müqabiliyəm. Klipin rejissoru Nail Naiboğludur".

Fuad Mədətov
AzNews.az