- Köhnə - Şou-biznes
- 27 Sentyabr 2017 12:18
- 8 967
“Mənim qədər ac, pulsuz olan adam olmayıb” - Nadir Qafarzadə - Video
“Səhvini başa düşməsə, adını açıqlayacam.”
AzNews.az ARB-yə istinadən xəbər verir ki, ARB Ulduz-un “Şou məkan” verilişinin növbəti qonağı müğənni Nadir Qafarzadə olub.
Həyatındakı lazımsız bildiyi insanları uzaqlaşdırdığını söyləyən ifaçı bir nəfəri özü üçün qaralıyıb:
“Etibarsız insanlar olmasa, mən etibarlıların qədrini bilmərəm. Mənə daha çox dostlarımdan zərbə dəyib. Sənət dostlarım yox, ailə dostlarımdan. Pulumu yeyiblər. Çörək kəsmişik deyə çörəyi tapdalamamışam. Həmin insanı polisə, məhkəməyə verməmişəm. Bir adamı silmişəm. Zamanı gələndə adını açıqlayacam. İstəmirəm ki, həmin adam işlədiyi yerdə nüfuzdan, hörmətdən düşsün. Onun ailəsi var, yaxşı qızları var. Ailəsi günahkar deyil ki, mən onun adını çəkim və həmin uşaqlara məktəbdə desinlər ki, sizin atanız fırıldaqçıdı, kimisə aldadıb”.
Hələlik həmin adamın kimliyini gizli saxlasa da, müğənninin bu müsahibəsində işlətdiyi ifadələrdən o adam mütləq öz nəsibini alacaq:
“Həyat yoldaşı məhləyə çıxanda deməsinlər ki, sənin yoldaşın filankəsə bu qədər pul “atdı”. Mən bunları düşünürəm. Təkcə, o insanı yox, onun ailəsini fikirləşirəm. Hələ ki onun üçün şans yaradıram. Əgər səhvini anlamasa, o zaman adını açıqlayacam”.
Belə məlum olur ki, dava yorğan davası yox, pul davasıymış.
“1 manat, 2 manat, 5, 10, 50 manat da deyil, çox puldur. Dəqiq məbləğ deyə bilmərəm. Çünki bu pullar zamanla yığılıb o qədər olub. Əziyyətlə yığdığım pullardır ki, düşünmüşəm övladıma ev alım, qızıl alım, toy edim. Həmin pulu yemək, mənimsəmək olmaz”.
Danışdıqca Nadirin dərdi təzələndi. Səmimi etirafları ilə bir vaxtlar dost dediyi insana da ismarışını göndərdi:
“Çörək kəsmişik, onun uşaqları mənə əmi deyir, mənim uşaqlarım ona əmi deyirlər. Həyat yoldaşlarımız rəfiqə olublar. Yaxınlıq olub. Ancaq sən demə, hər şey yalanıymış. O oğurlanan pulu yemək olmur. Nə zamansa əvəzi çıxır. Heç kim fikirləşməsin ki, mən kiminsə halal pulunu yedim, üstündən də su içdim. Xeyr”.
Nadir, sözü başa düşən düşdü, qulaq da qulaq pərdəsini deşəcək fikirləri eşitdi:
“Az olub, az yemişəm, çox olub çox yemişəm. Çox olub çox gəzmişəm, az olub gəzməşmişəm. Oturmuşam, qarnımı bağlamışam və demişəm, ay Allah, yoxdur də. Sabah yox yerdən bir zəng olub, qapı açılıb. Çünki mən səbirli insan olmuşam. Guya, biz ac olmamışıq, pulsuz olmamışıq? Bəlkə, mənim qədər ac, pulsuz olan adam olmayıb. Amma səbirli olmuşam”.