Xanımı türkiyəli aktyoru şoka saldı

Türkiyəli aktyor Berk Oktayın çılpaq görüntülərini boşanmağa hazırlaşdığı xanımı Merve Şarapçıoğlu yayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə aktyorun vəkili Serdar Öktem məlumat verib. O, fotoların Merve və onun anasına aid kompyuterdən yayıldığını qeyd edib:

“Nəticənin belə olacağını bilməzdik. Baş Prokurorluq araşdırma nəticəsində fotoların yayıldığı kompyuterlərin İP kodları tapıldı. Həmin kodlar Berk Oktayın boşanma prosesində olduğu xanımı, onun anası və çalışdığı iş yerinə aiddir”.

AzNews.az