Röyanın qardaşı da müğənnilik eşqinə düşüb? VİDEO

İsmayıl Nəcəfov türk mahnılarına üstünlük verir

Populyar müğənni Röyanın qardaşı da oxudu. ANS PRESS-in məlumatına görə, İstanbulda aktyor və model kimi tanınmağı qarşısına məqsəd qoyan tanınmış İsmayıl Nəcəfov deyəsən müğənnilik eşqinə də düşüb.
Hətta sosial şəbəkədə özünün fan səhifəsini yaradan İsmayıl türk mahnılarına üstünlük verir. Səsinin şirinliyi ilə bacısından geri qalmayan İsmayılın peşəkar səhnəyə nə zaman çıxacağını zaman göstərəcək.

Xatırladaq ki, Röya telekanallara açıqlamasında istənilən ailə üzvünün ulduzluğuna qarşı olduğunu bildirmişdi.

AzNews.az