- Köhnə - Şou-biznes
- 17 Aprel 2013 12:16
- 2 570
Müğənni jurnalistləri oğlunun toyuna buraxmayacaq
Bu barədə AzNews.az-a məlumat verən İ.Quliyevanın mətbuat xidmətinin rəhbəri Faiq Ələkbərlinin sözlərinə görə, toyun media tərəfindən işıqlandırılmasına imkan yaradılmayacaq:
"Dördüncü hakimiyyət nümayəndələrinə, yəni jurnalistlərə hər zaman böyük hörmət və rəğbətlə yanaşan İlhamə xanım Quliyeva bütün yaradıcılıq planlarını, sənət uğurlarını onlarla sevə-sevə paylaşıb. Lakin sənətkar şəxsi istəyi ilə bu ailə məclisinin qapalı şəraitdə keçirilməsini nəzərdə tutub. Bu səbəbdən də KİV nümayəndələrinin toy mərasimini yerindəcə işıqlandırmasına razılıq verilməyib. Odur ki, toy məclisinə yalnız dəvətli qonaqlar buraxılacaqlar. Lakin mərasimdən sonrakı günlərdə toyun ən maraqlı və vacib məqamlarının əks olunduğu görüntülər (foto və video çəkilişlər) böyük məmnuniyyətlə KİV əməkdaşlarına təqdim olunacaq".
Bahar Rüstəmli
AzNews.az