Tarkan Azərbaycanın 1 milyon dollarından imtina etdi

Türkiyənin meqastarı Tarkan Ramazan bayramında Azərbaycanda konsert vermək üçün 1 milyon dollardan imtina edib.

Türkiyə mətbuatının məlumatına görə, ölkənin ən çox qazanan sənətçisi olan Tarkanın bu təklifdən imtina etməsinə səbəb bayramı anası ilə birlikdə keçirmək istəməsidir. Antalyadaki otellərdən və Azerbaycandan bayramın birinci və ikinci günü sahnəyə çıxması üçün təklif alan Tarkan təklifləri rədd edib.

Xarici ölkələrdə hər konserti üçün 500 min dollar alan Tarkan bayram günləri də səhnəyə çıxmaq üçün bu qədər tələb edir. Hazırda İngiltərədə yeni evində olan Tarkan bayramı anası Nəşə xanımla birlikdə keçirmək üçün Türkiyəyə dönəcək.

Elnarə
AzNews.az