Faytonçu Nazim: “Nə qədər qanun pozuntuları var, hamısını etmişəm“

Müğənni Nazim Faytonçu yol hərəkət qaydalarını ən çox pozan sənətçidir. Axşam.az-ın məlumatına görə, o, bu haqda "Atv maqazin" dərgisinə müsahibəsində deyib. İfaçı heç vaxt qaydalarla bağlı kitab oxumadığını etiraf edib:

"Sükan arxasında telefonla danışmaq, təhlükəsizlik kəmərini bağlamamaq, qadağan olunmuş yerdən dönmək, qırmızı işıqda keçmək... Bir sözlə, nə qədər qanun pozuntuları var, hamısını etmişəm. Hamısı da hansısa tədbirə, toya gecikdiyimə görə olub. 180-220 sürətlə sürməyi xoşlayıram. Heç vaxt yol hərəkət qaydaları kitabını oxumamışam. Yol işarələrini də elə qayda-qanunu poza-poza öyrənirəm. Balım o qədər çoxdur ki, heç dəqiq hesabını da bilmirəm. Sonuncu dəfə 300 manat cərimə ödəmişəm. Amma son 15 ildə heç bir maşınım cərimə meydançasına aparılmayıb".

AzNews.az