- Dünyanın halı
- 19:03
- 1 799
Marko Rubio İsrailə səfərini təxirə salıb
ABŞ dövlət katibi Marko Rubio İsrailin Baş naziri Benyamin Netanyahu ilə İrana qarşı mümkün zərbələrin müzakirəsinin planlaşdırıldığı Təl-Əviv səfərini təxirə salıb.
Aznews.az xəbər verir ki, bu barədə AFP mənbəyə istinadən məlumat yayıb.
"Dövlət katibi Rubio hələ də İsrailə səfər etməyi planlaşdırır, lakin cədvəldə mümkün düzəlişlər olacaq", - o deyib.
Daha əvvəl ABŞ dövlət katibinin İsrailin Baş naziri ilə şənbə günü görüşəcəyi gözlənilirdi. Lakin İsrail KİV-in məlumatına görə, onun ölkəyə səfəri martın 2-nə planlaşdırılıb.