Nepalda avtobus qəzaya uğrayıb: ölənlər var

Nepalda Pokharadan Katmanduya gedən avtobusun Trişuli çayına düşməsi nəticəsində ən azı 18 nəfər ölüb.

Bu barədə "The Kathmandu Post" qəzeti Dhading rayon yol polisinin rəisi Şişir Tapaya istinadən məlumat yayıb.

Qəza yerli vaxtla saat 01:15 radələrində Benighat Rorang 3-cü Kənd Bələdiyyəsinin Çaraundi yaxınlığındakı Çinadhara ərazisində baş verib. Nəqliyyat vasitəsinin çaya düşməsinin səbəbi hələlik müəyyən edilməyib.

Yol Xilasetmə İdarəetmə Komitəsinin sədri Rajkumar Thakuri bildirib ki, 25 nəfər yaralanıb və tibbi yardım üçün xəstəxanalara aparılıb.

Mövsüm,

AzNews.az