- Köhnə - Şou-biznes
- 14 Oktyabr 2013 13:29
- 1 921
Xumar Qədimova ailə qurmağa hazırlaşır
Axşam.az xəbər verir ki, sənətçi bu haqda ATV telekanalında yayımlanan "Gün keçir" verilişində deyib. Aparıcının ona göndərilən sevgi məktubunu oxumasını istəməyən X. Qədimova gözlənilməz etiraf edib:
"Bu yaxınlarda ailə qurmağa hazırlaşıram. Bu məktubdakı sözlər mənə mane ola bilər, aramızda problem yaradar. Yarımı itirərəm. İndi-indi güclə seçim edirəm, hələ də tərəddüdlərim var. Etməyin, məktubu oxumayın".
AzNews.az