İlhamə ilə Nazpəri yenidən hakim qarşısına çıxacaq

Xalq artisti İlhamə Quliyeva ilə Nazpəri Dostəliyeva arasında məhkəmə savaşı davam edir.

Müğənni Nazpəri Dostəliyevanın həmkarı İlhamə Quliyevaya qarşı qaldırdığı iddia ərizəsi əsasında aparılacaq məhkəmə prosesinin vaxtı məlum olub. Sənətkarlar oktyabrın 30-da yenidən üz-üzə gələcək.

N.Dostəliyevanın vəkili Yunis Vəliyevin AzNews.az-a açıqlamasına görə, əgər məhkəməyə qarşı tərəf gəlməsə işə onların iştirakı olmadan da baxılacaq: "Keçən dəfə gəlməyiblər. Bu dəfə də gəlməsələr işə onlarsız baxılacaq". Qeyd edək ki, H.Dostəliyeva İ.Quliyevanın ATV telekanalının canlı yayımında işlətdiyi ifadələrə görə şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar Yasamal Rayon Məhkəməsinə şikayət verib.

Bahar Rüstəmli
AzNews.az