Elza: “Aygün Kazımova mənə maraqsızdır”

Əməkdar artist Elza Seyidcahan xalq artisti Aygün Kazımova haqqında verilən suallardan yayınıb.


Axşam.az-ın məlumatına görə, "Space" telekanalında yayımlanan "Şou +" verilişinə qonaq olan müğənni həmkarından danışmağın onun üçün maraqsız olduğunu deyib:

"Burada onun haqqında danışmaq istəmirəm. Çünki o insan mənə maraqsızdır. Allah heç bir insanı hörmətsiz yaratmayıb. Mənə istedad, gözəllik, insani xüsusiyyətlər verib. Bunu kiminsə təhqir etməsinə imkan yaratmaram. Özümü kiminsə yanında başıaşağı etmərəm. Amma Türkiyədə məndən onun haqqında nəsə soruşsalar, heç vaxt cavabsız qoymaram. Əksinə çox tərifləyərəm".
E.Seyidcahan şou-biznesdə bir çox kişi sənətçiləri bəyənmədiyini də etiraf edib:

"Çoxlarını bəyənmirəm, adlarını belə çəkmək istəmirəm. Onların əksəriyyəti kişi sənətçilərdir. Qadınlar arasında bir-birinə paxıllıq etməyi görmüşdüm. Amma kişinin qadına paxıllıq etməsi biabırçılıqdır. Bizim şou-biznesdə də bu cür hallar çoxdur".

AzNews.az