“Kişiliklərini sübut etmək istəyirlərsə,...“- Məleykə Əsədova

Xalq artisti Məleykə Əsədova baxımlı kişilərə irad tutanlara cavab verib.


Axşam.az-ın məlumatına görə, "Xəzər" telekanalında yayımlanan "Bizim gün" verilişinə qonaq olan aktrisa sərt açıqlamalar verib:

"Niyə özünə baxan kişiləri qınayırlar? Hər bir insan cinsiyyətindən asılı olmayaraq, baxımlı, təmiz olmalıdır. Gigiyenik qaydalara riayət etmək özü bir gözəllikdir. Kişi də manikür-pedikür etdirməlidir, üz dərisinə baxmalıdır. Hər bir kişi xanımına səliqəli, yaxşı görünmək üçün bunlardan istifadə edə bilər. Kişiliyi manikür-pedikür, üzə qulluqla ölçmək olmaz. Kişiliklərini sübut etmək istəyirlərsə, bunu vicdanla, sədaqətlə, diqqətlə, düz danışmaqla etsinlər".

M.Əsədova sevgisizlikdən də gileylənib:

"Mənim də qayğıya, sevgiyə ehtiyacım var. Qadın olmaq istəyirəm. Evdə bütün kişi işləri ilə mən məşğul oluram. Həyatımda mənə sevgi göstərən adam yoxdur. Mən hazırda ancaq qızımın sevgisi ilə yaşayıram".

AzNews.az