“Mən bundan sonra heç bir telekanalda görünməyəcəm” “Mən bundan sonra heç bir telekanalda görünməyəcəm”

Əli Mirəliyev aparıcıları meymun adlandırdı

“Mən bundan sonra heç bir telekanalda görünməyəcəm”



"Mən bundan sonra heç bir telekanalda görünməyəcəm. Hədəfim ancaq mətbuat və internet səhifələri olacaq". Bu açıqlama ilə AzNews.az- da müğənni Əli Mirəliyev çıxış edib.

"Veriliş rəhbərləri mənə deyir ki, gəlin, bizim heyətdə oturun. Qoyduğumuz şərtlər əsasında danışın, şou göstərin, oxuyun, oynayın. Təki bizim veriliş baxımlı olsun. Mən də onlara inanıb gedirəm. Amma nə qədər etsəm də mənə səhnə, mikrofon vermirlər. Qoymurlar ki, bircə mahnı oxuyam. Deyirəm ki, axı siz məni bu verilişə dəvət edəndə belə şərtlər irəli sürmüşdünüz. İndi niyə mənə mikrofon vermirsiniz? Bu müğənnilərdən mənim nəyim əskikdir? Deyirlər ki, sən bizə danışmaq üçün lazımsan".

Ə.Mirəliyev dedi ki, şou xarakterli veriliş aparıcılarının marağında bir şey var-o da meymunluq etmək.

Bahar
AzNews.az