“Əgər mən onların pulu ilə dolanırdımsa, onda bu gün acından ölürəm?” “Əgər mən onların pulu ilə dolanırdımsa, onda bu gün acından ölürəm?”

Rəqsanə keçmiş sevgilisinin cavabını verdi

“Əgər mən onların pulu ilə dolanırdımsa, onda bu gün acından ölürəm?”



Müğənni Rəqsanə İsmayılovun keçmiş sevgilisi Faiq Azayev bu günlərdə mətbuata açıqlama verərək, adının müğənniylə məhkəmə qalmaqalında hallanmasıyla bağlı fikirlərini bildirib: "Öz dələduzluğunu gizlətmək üçün bizi məhkəməyə verib, onun reklama ehtiyacı var, mən və qardaşım öz işimizdəyik, vəzivədən uzaqlaşdırılmamışıq. Ailəsi məhkəmədə ifadə verməkdən boyun qaçırdı, ona görə də, məhkəməyə polislər tərəfindən gətirildi. Vaxtilə onun maşınının, evinin xərclərini mən ödəmişəm. Bir neçə dəfə ağlayıb, səhvlərinin bağışlanmasını istəyib".

Ünvanına işlədilən ifadələrin kökündən təkzib edən Rəqsanə öz mövqeyini açıqlayıb. Bu barədə AzNews.az-a müğənninin mətbuat katibi məlumat verib:

"Bu cür insanlarla bir mövzuda hallanmağımı özümə ayıb bilirəm. Amma əsassız iddialar ictimaiyyətdə çaşqınlıq yaradır deyə, danışmağı üstün bildim. Vurğulayım ki, dələduzluq faktı ilə öncə mən onları bir ilə yaxındır məhkəmə vermişəm. Mənim şikayətim əsasında Azayevlərə qarşı cinayət işi açılıb. İdidaçı tərəf özləri ilə birgə əlavə 4 nəfər tapıb məhkəməyə cəlb ediblər. Onlar yalançı şahiddirlər. Fakt olmayan yerdə, sübutdan söhbət belə gedə bilməz. Mənim reklama ehtiyacım yoxdur. Çünki sənətim var. Uzun həftələrdir Bakıda deyiləm. İnsanlar məni məhkəməyə görə axtarmırlar ki? Əksinə, adımın məhkəmədə, əsasən də bu cür insanlarla birgə hallanması məni narahat edir".

Tərəflərin mübahisəsi zamanı qardaşların vəzifədən uzaqlaşdırıldığı kimi xəbərlər dolaşdı və Azayevlər bunu təkzib edib. Rəqsanə isə kiminsə işdən uzaqlaşdırılmasına deyil, vaxtilə vəzifəyə qayıtması üçün minnətçi düşdüyünü söyləyib:"Guya anam məhkəmə ifadə verməkdən boyun qaçırdığı üçün polislər tərəfindən iclasa gətirildiyi iddia edilib. Kənardan görülən bir hadisəni öz xeyirlərinə yozmaq bəlkədə inandırıcı ola bilər. Ailəmin dəfələrlə həmin insanlar tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alaraq anamın təhlükəsizliyini düşünmüşəm. Anam xəstədi və hər xırda problemə görə, səhhəti pisləşə bilər. Durumu nəzərə alıb, özüm xahiş etdim ki, polislərin nəzarət altında olsun və bu səbəblə də məhkəməyə polislə birgə gedib.

Onlar mənim yüksək borcum olduğundan danışırlar. Mən madddiyat üzərində dostluq yaradan insan deyiləm. Ətrafımdakılar bunu gözəl bilirlər Adi hesabları belə mən ödəyirdimsə, onlar hansı xərclədiyi pullardan danışırlar? Yalançı ifadələrdən biri mənim onlara zəng vuraraq bağışlanmağımı istəməyimdir. Bağışlanmasını istəyən adam heç məhkəməyə üz tutar? Bu qədər yalan danışdıqlarını görüb, özümü qınayıram ki, gör, mən kimləri tanımışam? Əgər mən onların pulu ilə dolanırdımsa, onda bu gün acından ölürəm? Bu gün ətrafıma sağlam insanlar toplamışam və sənət işim əvvəlkindən də yaxşıdır. Çoxdandır həllini düşündüyüm layihələr hazırlanır. Bəziləri Moskva və Türkiyədə ərsəyə gəlir. Yaxşı dostlarım çoxdu.

Hamının yanında da hörmətim var. Çörəyimi tapdalayanlardan üz çevirirəm. Hüqüqumu tapdalayanları, ailəmə zor tətbiq edənləri isə hüquqi yolla cəzalanmalarını istəyirəm. Buradan bildirirəm ki, məhkəmə bitən ərəfələrdə mənə böhtan atan həmin insanların dilindən ailəmə, özümə toxunmayacaqları barədə kağız tələb edəcəm".

Fuad Mədətov
AzNews.az