Ledi Qaqa Avropa Oyunlarının açılış mərasimində - FOTO (Yenilənib)

Ledi Qaga Olimpiya Stadionunda Bakı 2015-in Açılış Mərasimində mahnı ifa edib.


O, birinci Avropa Oyunlarının Açılış Mərasimində "Imagine" mahnısı səsləndirib.

Piano arxasında əyləşən Ledi Qaga "İmagine" (Xəyal Et) mahnısını oxuyub.

O, Con Lennonun klassik pop mahnısına aid olan bu musiqi parçası ilə dinləyiciləri sülh içərisində yaşamağa, ölkələri isə sərhədsiz olmağa səsləyib.

Ledi Qaga reytinq cədvəllərinə liderlik edən "Just Dance" və "Poker Face" hitləri ilə beynəlxalq şöhrət qazanıb, 28 milyon albom və 140 milyon sinql satışı ilə uğurlarını davam etdirib.


***

21:22

Birinci Avropa Oyunlarının səhnəsində dünyaca məşhur müğənni Ledi Qaqa da iştirak edir.

Az News.az-ın açılış mərasimində iştirak edən əməkdaşının sözlərinə görə, bu barədə artıq rəsmi məlumat verilib.

Müğənni repertuarından müxtəlif mahnılar ifa edəcək.

Qeyd edək ki, Ledi Qaqanın dünyada 28 milyondam çox albomu, 140 milyondam çox sinqlı satılıb.