Xalq artisti Faiq Ağayev "Region TV"də yayımlanan "Şou məkan" verilişinə açıqlama verib. Xalq artisti Faiq Ağayev "Region TV"də yayımlanan "Şou məkan" verilişinə açıqlama verib.

Faiq Ağayev çimərliyə gedə bilmir - VİDEO

Xalq artisti Faiq Ağayev "Region TV"də yayımlanan "Şou məkan" verilişinə açıqlama verib.


AzNews.az-ın məlumatına görə, müğənni geyim tərzindən danışıb. O, gündəlik libaslarını öz zövqü ilə seçdiyini bildirib:

"Səhnə geyimlərimi Azərbaycanın ən məşhur modelyerləri hazırlayır. Gündəlik geyimimdə isə öz fikrimə üstünlük verirəm. Zövqüm var. Harada nə geyinəcəyimə özüm qərar verirəm. Əgər libaslarıma irad bildirən olsa, özü zövqlü biridirsə, ona da qulaq asaram".

F.Ağayev 2015-ci ilin ona uğur gətirdiyini bildirib:

"Sərxoş oldum" mahnım işıq üzü gördü. İndi də yeni bir bəstə hazırlayıram. Çox qədim bir mahnıdır. Adını deməyəcəm, başqası məndən cəld tərpənər, tez oxuyar. Onun əks-sədası çox gözəl olacaq".

Paparassilərdən narahat olan F.Ağayev Bakıda çimərliyə getməməsinin səbəbini açıqlayıb:


"Müğənni öz ölkəsinin çimərliyinə gedə bilmir, çünki paparassilər var. Bunun üçün fotokameralara ehtiyac yoxdur, hamı telefonu ilə çəkir. Bu şəkli necə təqdim edəcəklər o da bilinmir".