“Qaşların alıb, burnuna sırğa taxandan meyxanaçı olar?“

Meyxanaçı Ehtiram və İntiqam qardaşları “Əsl şou”nun qonağı olublar.

AzNews.az axşam.az-a istinadən xəbər verir ki, qardaşlar meyxana sənətindən söz açıblar.

Ehtiram hər meyxanaçıyla duet oxumadığını vurğulayıb:

"Heç vaxt belə etmərəm. Ancaq tanınmışlarla duet oxuyaram".

İntiqam isə meyxanaçıların çoxluğundan şikayətlənib:

"İndi hamı özünə meyxanaçı deyir. Qaşların alıb, burnuna sırğa taxandan meyxanaçı olar? Xalq bilir ki, beş-altı meyxanaçı var. İndi meyxanaçıların sayı o qədər artıb ki... Küçədəki badımcan taksilərin sayından çox meyxanaçımız var".