“Bu qədər qalmaqalın, söz-söhbətin içində olmaq istəmirəm” “Bu qədər qalmaqalın, söz-söhbətin içində olmaq istəmirəm”

“Röya Azərbaycanı tərk edəsi olmadı”

“Bu qədər qalmaqalın, söz-söhbətin içində olmaq istəmirəm”



Müğənni Röya Ayxanın Azərbaycanı tərk etməsi xəbəri səs-küyə səbəb olub. AzNews.az-ın məlumatına görə, dünən ATV telekanalının aparıcısı Zaur Baxşəliyev Röya ilə canlı telefon bağlantısı quraraq, gəzən şayiələrə aydınlıq gətirməsini istəyib. Müğənni Türkiyəyə köçməsini təsdiqləyib. Bildirib ki, buna səbəb yaradıcılıq işlərini Azərbaycandan kənarda davam etdirməklə yanaşı, haqqında gəzən xoşagəlməz şayiələrə də son qoymaqdır:

"Türkiyəyə getməklə bağlı yalnız onu deyə bilərəm ki, ora tək gedirəm. Mən İstanbulu çox sevirəm. Bəlkə də dinimiz, dilimiz bir olduğu üçün mən oranı seçdim. Yaşamaq istəyirəm, rahat olmaq istəyirəm. Bu qədər qalmaqalın, söz-söhbətin içində olmaq istəmirəm. Axı nə qədər olar?! Sən sadəsən, yaxşısan, amma haqqında pis sözlər danışırlar".

Müğənninin prodüseri Kənan Bayramov AzNews.az-a danışaraq, məsələyə aydınlıq gətirib. O, Röyanın söylədiklərini təhrif olunduğunu deyib:

"Sağlamlığından əziyyətçəkən Gülər Məmmədovaya yardım aksiyasında Röya iştirak edirdi. O, orada imkanlı şəxslərə səsləndi ki, nəzərdə tutulan məbləği toplamaq sizin əlinizdə heç nədir. "Belə şeyləri görəndə pis oluram. Oxumaq istəmirəm, buradan getmək istəyirəm"-dedi. Qaldı ki, Röyanın xarici şou-biznesə qatılmağına, o, bunu qarşısına məqsəd qoyub. Röya demək olar ki, xarici şou-biznesə qatılıb. Onun bütün yaradıcılıq işləri Türkiyədə gerçəkləşir. Bütün mahnıları, aranjimanları və klipləri Türkiyədə hazırlanır. Türk şou-biznes nümayəndələriylə ayaqlaşmaq, oranın şou-biznesinə qatılmaq deməkdir".

Prodüser onu da qeyd edib ki, müğənninin yaxın günlərdə bir neçə yeni mahnıları hazır olacaq.

Fuad Mədətov
AzNews.az