Oksana Elşaddan rəsmən boşanır

Bir neçə ay əvvəl rəsmən ailə quran rep ifaçısı Elşad Xose ilə rəqqasə Oksana Rəsulova boşanır. AzNews.az-ın məlumatına görə, bu barədə mətbuatda rəsmi açıqlama verən O.Rəsulova bildirib.

Rəqqasə Elşadla bir yerdə yaşamadığını və boşanma ərizəsiylə məhkəməyə müraciət etdiyini söyləyib: "Mən artıq çoxdandır ki, boşanma ilə bağlı məhkəməyə müraciət etmişəm. Boşanıram və qərarım qətidir. Boşanma səbəbləri haqda danışmaq istəmirəm. İnandırım sizi, mən evliliyimizi qorumaq üçün əlimdən gələni etdim, amma alınmadı. Elə məsələlər var ki, tək məndən asılı deyil, onlar haqda danışıb, qalmaqal, dava yaratmaq istəmirəm".

Qeyd edək ki, E.Xose ilə O.Rəsulova bu ilin mart ayının 27-də ailə həyatı qurublar.

Fuad Mədətov
AzNews.az