Ümid Sayın Bakıda gənc müğənni Zarina Məmmədovanın qonağıdır Ümid Sayın Bakıda gənc müğənni Zarina Məmmədovanın qonağıdır

Türkiyəli sənətçi Bakıya gəldi

Ümid Sayın Bakıda gənc müğənni Zarina Məmmədovanın qonağıdır



Bu gün axşam saatlarında Türkiyənin səs ustası, tanınmış müğənni-bəstəkar Ümid Sayın Bakıya gəlib. Sənətçini Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlər qarşılayıb.

AzNews.az-ın məlumatına görə, o, Bakıda 5 gün qalacağını və burada olduğu müddətdə paytaxti gəzəcəyini deyib. Türkiyəli qonaq gənc müğənni Zarina Məmmədova ilə ifa etdiyi mahnının təqdimatını da səbirsizliklə gözlədiyini bildirib.

Qeyd edək ki, Ümid Sayın Bakıda gənc müğənni Zarina Məmmədovanın qonağıdır. Zarina söz və musiqisi Ümid Sayına məxsus "Kader utansın" mahnısını ifa edib. Özü də tək deyil, elə Ümidin özü ilə. Müğənnilər mahnıya Türkiyədə klip də çəkdiriblər.

Fuad Mədətov
AzNews.az