Prodüser Tolik müğənni Natavan Həbibi ilə olan məhkəməsindən yazıb. Prodüser Tolik müğənni Natavan Həbibi ilə olan məhkəməsindən yazıb.

Tolik: “Natavanın məhkəməyə təqdim etdiyi sənədlər saxtadır”

Prodüser Tolik müğənni Natavan Həbibi ilə olan məhkəməsindən yazıb.


AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, prodüser sosial şəbəkədə Həbibinin məhkəməyə təqdim etdiyi bir sıra sənədlərin saxta olduğunu yazıb:

"Bildiyiniz kimi Həbibova Natavanxanım mənə qarşı iddia qaldıraraq, guya ki, onun barəsində kütləvi informasiya vasitələrində yalan məlumatlar yaydığıma görə üzr istəməyimi tələb edirdi. İş materiallarında olan sənədlərə qiymət verən məhkəmə bu tələbi əsaslı sayaraq iddianı təmin etmişdir. Apellyasiya və kassasiya instansiyaları qətnaməni dəyişdirmədən qüvvədə saxladılar.

Lakin işin icra mərhələsində bizə məlum oldu ki, Natavan Həbibovanın (nümayəndəsi vasitəsi ilə) məhkəməyə təqdim etdiyi bir sıra sənədlər saxta imiş. İşin gələcəkdə obyektiv və qərəzsiz həll edilməsi baxımından hazırda həmin sənədləri konkret göstərmək istəmirəm, harda və kim tərəfindən saxtalaşdırıldığını onsuzda qarşı tərəfim yaxşı bilir. Lakin bildirirəm ki, hazırda vəkilim Rövşən Mərəndskiy tərəfindən aidiyyatı orqanlara qanunamüvafiq qaydada müraciətlər edilib, habelə Ali Məhkəmənin Plenumuna əlavə kassasiya şikayəti veriləcəkdir".